4 Mart 2015 12:51
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiha Gökçen Hava Limanında Səudiyyə Ərəbistanı Hava Yollarına aid sərnişin təyyarəsində eniş zamanı nasazlıq meydana gəlib.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, yaranan nasazlıqdan sonra eniş zolağında qalan təyyarə digər təyyarələrin hərəkətinə də maneəçilik törədib.

Hadisə zamanı hava limanına enməyə hazırlaşan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı gətirən təyyarə də yarım saata yaxın havada gözləməyə məcbur olub. Nasaz təyyarə xüsusi vasitələrlə eniş zolağından uzaqlaşdırılıb.

Samir


Müəllif: