Paytaxt Seuldakı toplantıda çıxışa hazırlaşarkən Lippertə ülgüclə hücum olunub.
55 yaşlı Kim Ki-jong "Cənubi və Şimali Koreya yenidən birləşməlidir" qışqıraraq səfirin üzərinə gəlib.
Səfirin sifətindəki 11 santımetrlik kəsiyin dərinliyi 3 santımetrdir.
2 saatlıq əməliyyatdan sonra həkim bildirib ki, səfir ölümün bir addımlığından dönüb. Mark Lippertin qolunu kəsən ülgüc bir qədər də dərin getsəydi onun şah damarını kəsə bilərdi.
Kim Ki-jong isə həbs edilərkən "bu terrordur" deyib.
ABŞ və Cənubi Koreya rəhbərliyi baş verənləri pisləyib.
Ayxan