Çin ilə ABŞ arasında ikitərəfli investisiya sazişi tam razılaşdırılıb.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının maliyyə naziri Qao Xuçen məlumat verib.
Onun sözlərinə görə, bu razılaşma dünya iqtisadiyyatının iki nəhəngi üçün mühüm hadisədir: “Sazişin imzalanması bütün dünyada investisiya qaydalarına mühüm təsir göstərəcək. Əldə olunan razılaşmaya əsasən,tərəflər bu ilin əvvəlində sərmayə qoya biləcək müəssisələrin siyahısını təqdim edəcəklər”.
Nazir həmçinin qeyd edib ki, Çin və ABŞ iqtisadiyyatının inkişafı müxtəlif mərhələlərdədir: “Bu Çin və ABŞ üçün əsas problemlərdəndir. Bu məsələ ilə bağlı birbaşa dialoq aparırıq”.
Samir