"Ukrayna azadlıq və müstəqilliyini qoruyacaq, amma sülh uğrunda da mübarizə aparacaq".
Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.
“Sülh Ukraynaya hava kimi lazımdır. Biz sülhsevər xalqıq, amma öz dövlətimiz, müstəqilliyimiz, azadlığımız və demokratiya uğrunda mübarizə aparacağıq. Bununla belə, biz sülhə nail olmağa çalışacağıq”, - Poroşenko deyib.
Ukrayna prezidenti deyib ki, hazırda Ukraynada fikir azadlığının olması ölkənin qazandığı ən böyük nailiyyətdir.
Nihad