Yəmən prezidenti Abdurabbu Mansur Hadinin Aden şəhərindən mindiyi bir qayıqla ölkədən qaçdığı bildirilir.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Hadinin Yəməndən qaçdığına dair daha öncə ortaya atılan iddialar prezidentin yaxın ətrafı tərəfindən təkzib edilmişdi. Hadinin Adeni tərk etdiyi, sarayının isə döyüş təyyarələri ilə vurulduğu bildirilmişdi.
Associated Press-ə danışan Yəmən təhlükəsizlik və liman səlahiyyətliləri Hadinin köməkçiləriylə birlikdə yerli vaxtla saat 15.30-da ölkənin cənubundakı Aden şəhərindən qayıqla qaçdığını bildiriblər.
Səlahiyyətlilər Hadinin hara getdiyi barədə məlumat verməyib.
Nihad