30 Mart 2015 15:54
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin noyabrın 7-də «Böyük iyirmilik» liderlərinin Brisben görüşündən sonra prezidentlərin şəxsi məlumatları Avstraliya immiqrasiya idarəsinin əməkdaşı tərəfindən səhvən futbol üzrə Asiya Kubokunun təşkilatçılarına göndərilib.

Teleqraf.com unain.net-ə istinadən xəbər verir ki, bununla bağlı “The Guardian” qəzeti məlumat yayıb. Qəzet olay barədə liderlərin heç birinə xəbər verilmədiyini və məlumatların dərhal silindiyini bildirib: “Sənəddə liderlərin adı, doğum tarixi, pasport nömrəsi, vizanın müraciət forması və digər şəxsi məlumatlar yerləşdirilib”.

Liderlər arasında Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin prezidenti Si Tsinpin, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama da olub.

Samir


Müəllif:

Oxşar xəbərlər