İran və 6 ölkənin lideri arasında İsveçrənin Lozanna şəhərində keçirilən danışıqlar bir gün də uzadılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ilkin saziş martın 31-dək imzalanmalı olduğu halda, tərəflər arasında fikir ixtilafları buna mane olub.
ABŞ-ın dövlət katibi Con Kerri İsveçrədə bir gün də artıq qalmağı qərara alıb. Almaniya, Fransa və Britaniyanın da xarici işlər nazirləri Lozannadadırlar.
İran nümayəndələri bildiriblər ki, saziş barədə ümumi razılıq demək olar ki, əldə edilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da bu nikbinliyi bölüşür.
Samir