3 Aprel 2015 12:50
1 787
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da iki ay əvvəl qayığı ilə balıq ovuna çıxan və bir müddət sonra itkin düşən dənizçi sağ tapılıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, 37 yaşlı balıqçı Luis Cordan Şimali Korolina sahillərindən 320 kilometr uzaqlıqda Almaniyaya məxsus tanker tərəfindən aşkar edilib. Onun 66 gün boyunca açıq dənizdə çiy balıq yeyərək və yağış suyu içərək, sağ qaldığı bildirilib. Şahidlər onun çevrilmiş qayığının üzərinə tapıldığını qeyd ediblər.

Cordan xəstəxanaya çatdırılıb.

Qayığın hansı səbəbdən çevrildiyi məlum deyil.

Qeyd edək ki, Cordan 27 yanvar tarixində itkin düşüb.

Samir


Müəllif:

Oxşar xəbərlər