Tacikistanda suvarma kanalının ətrafında inşa edilən bənd uçub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tacikistan Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Hadisə nəticəsində baş verən su daşqını nəticəsində 10 nəfərin öldüyü bildirilib.
Bəndin güclü yağışlar səbəbindən uçduğu qeyd edilib. Rəsmilər dağıntılar altında da 3 nəfərin qaldığını iddia ediblər.
Samir