5 Aprel 2015 01:13
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikriti İD qruplaşmasından geri almaq üzrə əməliyyatda iştirak etmiş şiə döyüçüləri zorakılıq və talanlar barədə xəbərlər fonunda şəhəri tərk edirlər.

İD Tikriti ötən ilin iyun ayında tutub. Şəhərin döyüşlər nəticəsində viran qaldığı bildirilir.

Yerli sakinlər ötən həftə Tikritə daxil olan silahlıları maşın oğurluğu və soyğunçuluqda suçlayırlar. İraq rəsmiləri ordunun bunda iştirak etmədiyini bildiriblər. İraqın baş naziri talançıların həbs edilməsinə dair əmr verib.

Şəhərdə olan Reuters agentliyinin jurnalisti kütlənin əhatəyə aldığı bir İD döyüşçüsünün bıçaqla qətlə yetirildiyi xəbər verir. O, eləcə də avtomobilə bağlanmış daha bir cəsədin küçələrlə gəzdirildiyini görüb.

Səlahəddin bələdiyyəsin sədri silahlıların “yüzlərlə evə” od vurduğunu bildirir.

Ötən il şiə könüllülərinin liderləri Tikrit hərbi bazasında şiə əsgərlərinin İD tərəfindən qətlə yetirilməsinə görə qisas alacaqlarını deyiblər. Hücumdan əvvəl əsasən sünnilərdən ibarət olan şəhər əhalisinə riskin yarandığı barədə narahatlıqlar izhar olunub.

Tikriti ələ keçirən 30 minlik hökumətpərəst qüvvələrin əksər hissəsini şiə döyüşçüləri təşkil edir.
İlkin mərhələdə Tikrit əməliyyatı general Qasem Süleymaninin rəhbərlik etdiyi İran müşavirləri tərəfindən əlaqələndirilib.

BBC


Müəllif: