9 Aprel 2015 09:46
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı İrana məxsus sərnişin təyyarəsinə Ciddə hava limanına eniş etməyə icazə verməyib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə olan 290 sərnişin ümrə ziyarətçisi idi.

Ciddə hava limanına enə bilməyən təyyarə qalxdığı İsfahana geri qayıdıb. Səudiyyəli səlahiyyətlilər bildiriblər ki, təyyarənin Ciddə hava limanına enməsi üçün lazımı icazəsi olmayıb. “İran Air” hava şirkətinin səlahiyyətliləri isə eniş icazəsinin olduğunu açıqlayıb.

Qeyd edək ki, Yəməndə baş verəb hadisələrlə əlaqədar Səudiyyə Ərəbistanı və İran arasında münasibətlər hazırda gərgindir. İran qiyamçı husiləri dəstəklədiyi halda, Səudiyyə paytaxt Sanadan çıxarılan Mənsur Hadini dəstəkləyir.


Müəllif: