13 Aprel 2015 00:03
1 537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada bu il ilk güclü yanğın Xakasiya Respublikasında baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, yanğın quru otun yandırılması nəticəsində baş verib.

Nəticədə yanğın onlarla yaşayış məntəqəsinə keçib, 900 ev və tikili yanıb.

Yanğın nəticəsində 5 nəfər həlak olub, 100 nəfər adam yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar Xakasiyada fövqəladə vəziyyət elan edilib.

Nihad


Müəllif: