13 Aprel 2015 11:40
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton ötən həftə Rusiyaya məxsus təyyarənin Baltik dənizi üzərində ABŞ təyyarəsinə qəza şəraiti yaratdığı üçün rəsmi Moskvaya etiraz notası göndərib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Mark Rayt açıqlama verib.

Onun sözlərinə görə, bu hərəkət ABŞ təyyarəsinin qəza riskini artırıb və peşəkarlıqdan uzaq addımdır: “Təyyarənin həddindən artıq yaxınlaşması ekipaj üzvlərinin həyatını təhlükəyə atmaq deməkdir. Bu iki ölkə arasında gərginliyə səbəb ola bilər”.

Samir


Müəllif:

Oxşar xəbərlər