14 Aprel 2015 23:21
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda 2007-ci ildə mülki şəxsləri güllələyən amerikalılar məhkəmə qarşısına çıxarılıb. Teleqraf.com xəbər verir ki, işğaldan sonra İraqda mühafizə işlərini həyata keçirən "Blackwater" şirkətinin 3 əməkdaşı 30 il azadlıqdan məhrum edilib.

Bağdadın Nisur meydanında 14 mülki şəxsi güllələyən amerikalıların hərəkəti dünyada geniş rezonans doğurmuşdu.

Bir neçə gün öncə "Blacklwater"in Nikolas Slatten adlı üzvü haqqında ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarılıb. O, snayper olub. İraqlılara ilk atəşi də o, açıb.

Atəş zamanı ölənlərdən biri 9 yaşlı uşaq olub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər