17 Aprel 2015 14:57
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Müdafiə Nazirliyi hərbçilərin on-layn rejimində səfərbər edilməsi ilə bağlı xüsusi proqramın həyata keçirilməsinə milyonlarla pul töküb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ekspertlər bu proqramın uğursuz olduğunu və lazımınca işləmədiyini bildiriblər. Buna görə də, nazirliyin bu addımı vətəndaşlar tərəfindən ciddi tənqidlərlə qarşılanıb. Minlərlə insan xərclənən pullar və uğursuz siyasətlə bağlı Müdafiə Nazirliyi qarşısında askiya təşkil edib. Polis aksiyalar zamanı 15-ə yaxın fəalın saxlanıldığını bildirib.

Bundan əlavə, Müdafiə Nazirliyi 6 milyard funt-sterlinq qiymətində nasaz sursat və lazımsız geyim əşyaları aldığına görə də tənqidlərlə üzləşib. Ancaq nazirliyikdən verilən açıqlamada günahkarların cəzalandırılmayacağı bildirilib və bu vəsaitə qənaət kimi qiymətləndirilib.

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellonun sözlərinə görə, London nüvə silahı ilə təchiz edilmiş dörd ən yeni sualtı gəmi tikmək niyyətindədir. O bunun mayın 7-də Mühafizəkar Partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə reallaşacağını qeyd edib. Ekspertlrə isə nazirin səsləndirdiyi fikirlə bağlı narahatlıqlarını açıqlayıblar. Onlar belə sualtı gəmilərin tikintisinin ölkə iqtisadiyyatına ciddi zərər vuracağını iddia ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər