19 Aprel 2015 13:44
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sarıyer bölgəsində 1 yaşlı qızını boğmağa çalışan Özləm adlı qadın saxlanılıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki hadisə bölgə xəstəxanalarından birinin tualetində baş verib. Eyvandan yıxılan qızını xəstəxanaya gətirən qadın onu öldürməyə çalışarkən, həkimlər tərəfindən yaxalanıb. Araşdırmalar zamanı məlum olub ki, Özləm bankda kredit şöbəsində işləyib. O azyaşlı qızını əlindəki iplə boğmağa çalışıb.

Dindirilmə zamanı Özləm bütün olanları belə anladıb: “Körpəm mənim əlimdən düşdü. Bu səbəbdən də vicdan əzabı çəkirdim. Qızımın daha çox əzab çəkməsin istəmədim”.

Qadın həbs olunub. Körpə isə bir müddət sonra beyninə qan sızması nəticəsində həyatını itirib.

Samir


Müəllif: