“Washington Post” qəzetinin Tehrandakı müxbiri Ceyson Rezayana qarşı casusluq ittihamı irəli sürülüb.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ qəzetinin əməkdaşı həmçinin İrana qarşı təbliğatda günahlandırılır.
Jurnalistin vəkili Leyla Əhsan ittihamların sübuta yetirilmədiyini bildirib.
Qeyd edək ki, ikili vətəndaşlığa malik C.Rezayan doqquz ay əvvəl saxlanılmışdı.