Almaniyada yaşayan türklər Osmanlı dövlətində baş vermiş hadisələrin 100 illiyi ilə bağlı hazırlanan qətnamə layihəsinə "soyqırım" termininin daxil edilməsinə qarşı etiraz aksiyası keçirəcəklər.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları aprelin 25-nə planlaşdırılıb.
Qeyd edək ki, Almaniyanın hakim koalisiyasının rəhbərliyi Osmanlı dövlətində baş vermiş hadisələrin 100 illiyi ilə bağlı hazırlanan qətnamə layihəsinə "soyqırım" terminini daxil etməyə razılıq verib.