Bosniya və Herseqovinanın paytaxtı Saraybosnada ermənilərin 1915-ci il hadisələrinə dair iddialarına qarşı etiraz aksiyası keçirilib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bosniya və Herseqovinanın paytaxtı Saraybosnadakı tarixi Qazi Xosrov Bəy məscidi qarşısında cümə namazı sonrasında toplanan bir qrup əllərində Türkiyə və Bosniya bayraqlarını tutublar. Onlar "Olmayan soyqırımı var etdirməyin!", "Soyqırım yoxdur, Çanaqqala var", "Xocalını unutma!" şüarlarını səsləndiriblər.
Aksiya insidentsiz başa çatıb.
Samir