26 Aprel 2015 16:47
5 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 24-ü Ermənistanda utandığından heç kimin etiraf etmək istəmədiyi bir gerçəyi ortaya qoydu.

ANS PRESS-in məlumatına görə, erməni mətbuatı uydurma soyqırımın yüzilliyi tədbirlərində Vladimir Putinin “soyqırım” ifadəsini işlətməməsini belə şərh edib.

Ermənistanın “Lragir” portalı həmin gün Rusiyanın Türkiyədən çəkindiyini üç dəfə etiraf etdiyini yazır. Sayt birinci etiraf kimi Rusiya Dövlət Dumasının sədrinin Çanaqqala savaşının 100 illiyi ilə bağlı tədbirlərə qatılmasını göstərib. “Halbuki, həmin savaşda Rusiya məğlub olanların sırasında idi”,- deyə portalın redaksiya heyəti adından dərc edilmiş məqalədə vurğulanır.

Portalın fikrinjə, ikinji etirafı Putinin müşaviri Uşakov edib. O bildirib ki, Putin İrəvana getmək barədə qərar verməzdən öncə Ərdoğan ilə məsləhətləşib.

“Üçüncü etirafı isə Putin elədi, İrəvanda abidənin önündə “soyqırım” sözünü işlətmədi”,- deyə “Lragir” vurğulayıb. Portalın yazdığına görə, Kreml “soyqırım” sözünü işlətməməyə səfərdən öncə qərar veribmiş.Çünki Kremlin mətbuat katibi Dmitri Peskov Türkiyənin səfərlə bağlı iradına cavab olaraq “Putinin çıxışının mətnini diqqətlə oxumağı” tövsiyə etmişdi. Bəllidir ki, mətndə də “soyqırım” sözü olmayıb.


Müəllif: