28 Aprel 2015 01:19
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın Luiziana ştatının Elmvud şəhərində yük qatarının 11 vaqonu relsdən çıxıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, 15 metr hündürlüyündəki körpüdən aşan vaqonlar tamamilə dağılıb.

İtkilər barədə hələlik məlumat verilmir.

Xəbərə görə, güclü külək səbəbindən bu regionda elektrik xəttləri kəsilib, ağaclar aşıb, avtonəqliyyatın hərəkəti pozulub, evlər dağılıb.

Nihad


Müəllif: