30 Aprel 2015 02:01
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci dünya müharibəsinin başa çatmasının 70 illiyi ilə əlaqədar Moskvada keçiriləcək paradda Avropa İttifaqını litvalı diplomat Viqaudas Uşatskas təmsil edəcək.

Qeyd edək ki, o, Avropa İttifaqının Moskvadakı səfiridir.

Teleqraf.com-un "İnterfaks"a istinadən xəbərinə görə, Uşatskas bu barədə Avropa İttifaqının rəhbərliyi tərəfindən qərar qəbul edildiyini bildirib. Qurumun rəhbər şəxsləri hərbi parada qatılmaq üçün Moskvaya gəlməyəcək.

Nihad


Müəllif: