Çeçenistan prezidenti Ramzan Kadırov müxalif siyasətçi Boris Nemtsovun qətli ilə bağlı ifadə verməyə hazır olduğunu deyib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Çeçenistan lideri "Qovorit Moskva" proqramının efirində bildirib: “Mən məmnuniyyətlə ifadə verməyə hazıram. Üstəlik də bunu Nemtsovun uşaqları tələb edirsə problem yoxdur".
Bununla yanaşı Kadırov deyib ki, Nemtsovun vəkillərinin ona nə kimi sual vermək istədiyini öyrənmək maraqlı olacaq.
Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də Moskvadakı Bolşoy Moskvoretski körpüsündə qətlə yetirilib. Onun ölümü ilə bağlı 5 çeçen həbs edilib.
Samir