2 May 2015 10:41
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın Vyana şəhərində və Almaniyanın paytaxtı Berlində minlərlə adam irqçilik əleyhinə etiraza qalxıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Vyanada keçirilən aksiyada təxminən 4 min adam iştirak edib. Avstriya Sosial Demokrat Gənclər Dərnəyi tərəfindən təşkil edilən mitinqdə üzərində "irqçiliyə yer yoxdur", "faşistlər rədd olsun" və "PEGİDA-ya yox" yazılmış plakatlar qaldırılıb.

Almaniyada isə aksiyalar türklərin sıx yaşadığı Veddinq bölgəsində keçirilib. Nümayişçilər faşizm və kapitalizm əleyhinə şüarlar səsləndiriblər.

Aksiyalar insidentsiz başa çatıb.

Samir


Müəllif: