“Keniyada homoseksuallara yer yoxdur”. Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu bəyanatla Keniyanın vitse-prezidenti Uilyam Ruto çıxış edib.
U.Ruto vurğulayıb ki, Keniya cəmiyyəti homoseksualizmi qəbul etmir: “Homoseksualizm bizim dini və mədəni inanclarımızı təhlükə altında qoyur”.
Vitse-prezident vurğulayıb ki, hakimiyyətlə dini liderlər ənənəvi dəyərləri birgə qoruyacaq.
Qeyd edək ki, Afrikanın 54 ölkəsindən 36-da homoseksualizm qadağan edilib. Hətta Afrika ölkələrinin dördündə homoseksualizmə görə ölüm cəzası tətbiq edilir. Keniyada isə eyni cinsliərin təmasda olmasına görə 14 il həbs cəzası verilir.