Hindistanın Madhya Pradeş əyalətində sərnişin avtobusu 20 metr hündürlükdən dərəyə yuvarlanıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, hadisədən sonra avtobusda yanğın baş verib. Qəza nəticəsində 21 nəfər həyatını itirib, 14 sərnişin isə yaralanıb.
Qəzanın səbəbinin araşdırıldığı bildirilib.
Samir