6 May 2015 10:45
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2-ci Dünya Müharibəsində qələbənin 70 illiyi ilə bağlı Moskvada təşkil ediləcək 9 May tədbirlərinə qatılmayacaq.

Teleqraf.com ”Sabah” qəzetinə istinadən xəbər verir ki, Ərdoğan bununla bağlı rusiyalı həmkarı Vladimir Putinin dəvətini rədd edib. Ankaranı bu mərasimdə Türkiyənin Moskvadakı səfiri Ümid Yardım təmsil edəcək.

Qeyd edək ki, Putin aprelin 24-də İrəvanda keçirilən 1915-ci il hadisələrinin anma mərasiminə qatılıb. Bundan bir gün öncə isə Kremldə təşkil olunan tədbirdə bu hadisələri “soyqırım” olaraq qiymətləndirib.

Samir


Müəllif:

Oxşar xəbərlər