İstanbulda Atatürk Hava Limanının tavanı çöküb.
Publika.az-ın məlumatına görə, daxili uçuşlar terminalının giriş hissəsindəki tavan təhlükəsizlik xidməti əməkdaşlarının başına düşüb. Nəticədə 3 nəfər xidmət əməkdaşı və 1 nəfər sərnişin yaralanıb. Yaralıların dördü də xəstəxanaya yerləşdirilib.
Hava limanından bildirilib ki, baş vermiş hadisəyə görə uçuşlar təxirə salınmayacaq.