14 May 2015 19:06
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmadan olan yüzlərlə miqrant Andaman dənizindəki qayıqda bir həftə ərzində susuz və yeməksiz qalıb. Miqrantlar əlacsızlıqdan öz sidiklərini içməli olublar.

Müsəlman rohingya azlığından ibarət təxminən 350 nəfəri daşıyan balıqçı qayığın Taylanda girişinə icazə verilməyib.

Qayığın göyərtəsində olanlar BBC-yə bildirib ki, ekipaj onları tərk edib və mühərriki sıradan çıxarıblar. Onların sözlərinə görə 10 nəfər ölüb – onların cəsədləri dənizə atılıb. İndoneziya, Malayziya və Tayland miqrant qayıqlarını geri qaytarır.

Bir neçə min insanın hələ də Tayland və Malayziya sahillərində qayıqlarda qaldığı güman edilir. Onların əksəriyyəti rohingya müsəlmanlarıdır və Myanmaya geri qayıda bilmirər. Onlar orada ölkə vətəndaşları kimi tanınmayıb və davamlı olaraq təqiblərə məruz qalırlar.

BBC müxbiri Jonathan Head Taylandın cənub sahillərindəki gəmidən xəbər verir ki, “çıxılmaz vəziyyət yaranıb”. O, bildirib: “İnsanlar bizi çağırır və yemək və sudan ötrü yalvarırlar".

“Göyərtədə çoxlu qadın və uşaq var. Bu, çox köhnə balıqçı gəmisidir və insanlarla doludur. “Biz insanların butulkalarda öz sidiklərini içdiyini görə bilirik. Biz onlara su atmışıq - əlimizdə olan hər şeyi.”

Taylandlı balıqçılar qayığı çərşənbə günü görüblər və qayıq Malayziya sularına çəkilib. Bundan sonra o, yenidən Tayland sularında görünüb və Tayland dənizçilərinin gəlişini gözləyir, BBC müxbiri xəbər verir.

50 qadın və 84 uşaqdan ibarət miqrantlar iki aydır ki, dənizdədirlər, lakin ekipaj tərəfindən tərk edildikdən və çalışmayan mühərriklə qayıq buraxıldıqdan sonra onların vəziyyəti kritik həddə çatıb.


Müəllif: