20 May 2015 13:51
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ ordusunda təcavüz hadisələri ilə bağlı məlumat verənlər "xəbərçi" adlandırılaraq cəzalandırılır.

Teleqraf.com xəbər verir ki, "Human Rights Watch" Amerika ordusunda baş verən cinsi təcavüzlərlə bağlı hesabat yayıb.

Hesabatda ABŞ Müdafiə Nazirliyinin cinsi təcavüz hadisələri ilə mübarizədə yetərincə səy göstərmədiyi bildirilib. Təcavüzlə bağlı xəbər verən əsgərlərin 62 faizinə qarşı sərt tədbirlər görüldüyü qeyd edilib.

"ABŞ Ordusunda cinsi təcavüzə məruz qalanlara qarşı cəzalandırma" başlıqlı 113 səhifəlik hesabatda 150 təcavüz qurbanı olan əsgər məlumat verib.

HRW məsələ ilə bağlı araşdırmasını 2013-cü ilin oktyabrdan etibarən davam etdirdiyini açıqlayıb.

ABŞ ordusunda 2014 ili ərzində 6 min cinsi təcavüz hadisəsi olub və cinayətkarlardan cəmi 20 %-i həbs edilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər