Kanadanın üç böyük tütün kompaniyası siqaret çəkən insanlara təzminat qismində 11 milyard avro ödəməlidir. Məhkəmə bu məbləği tütünün orqanizmə zərəri barədə xəbərdarlıq edilməyən insanlara vurulan zərərə görə təyin edib.
Teleqraf.com "Euronews" telekanalına istinadla xəbər verir ki, İmperial Tobacco Canada, JTI-Macdonald Corp və Benson & Hedges tütün kompaniyalarına qarşı iddia hələ 1998-ci ildə Kvebekdə qaldırılsa da, bu barədə qərar yalnız indi qəbul edilib.
İttihamlarla razılaşmayan siqaret istehsalçıları artıq apelyasiya şikayəti veriblər. Onların iddiasına görə, 1950-ci illərdən başlayaraq Kanadada siqaret qutularının üzərində tütünün insan orqanizminə zərəri barədə informasiyalar yerləşdirilir.