4 İyun 2015 14:37
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində müxalif qüvvələrlə İraq Şam islam Dövləti (İŞİD) terror təşkilatı yaraqlıları arasında gərgin döyüşlər davam edir.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, suriyalı rəsmilər qarşıdurmalar səbəbindən bir neçə kəndi tamamilə boşaldıb. Bəzi məlumatlara görə, İŞİD Suriyanın Azez bölgəsinə hücum etməyə çalışsa da, buna nail olmayıb.


Hazırda ən gərgin vəziyyət Mari rayonunun cənubunda qeydə alınıb. Döyüşlər zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat verilmir.

Samir


Müəllif:

Oxşar xəbərlər