5 İyun 2015 00:33
2 960
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda prezident iqamətgahı qarşısında keçirilən etiraz aksiyasında polislə toqquşma olub. Ölkə başçısının iş yerinin qarşısına toplaşanların tələbləri isə eyni idi. Prezidetin istefası.

ANS TV-nin məlumatına görə, İrəvanda qeyri-döyüş şəraitində ölmüş hərbçilərin valideynləri prezident Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçiriblər. Onlara kənar şəxslər də dəstək olublar.

Dəfələrlə baş tutan oxşar aksiyalarda valideynlər övladlarının ölümünün səbəblərinin araşdırmamasına etiraz ediblər. Bugünkü aksiya zamanı asayiş keşikçiləri və iqamətgahın mühafizəçiləri etirazçıları Sarkisyanın ofisinin qarşısından uzaqlaşdırmağa çalışıblar.

Bu zaman tərəflər arasında insident yaşanıb. Etirazçılardan bir qismi yerə yıxılaraq özlərini ölü əsgərə bənzədiblər.

Polis aksiyanı dağıdıb, iki nəfər həbs edilərək polis şöbəsinə aparılıb.

Bu arada elektrik enerjisi tariflərinin artımı ərəfəsində ölkədə gərginlik dalğası yenidən qızışır.

Erməni ekspertlərin fikrincə, bu gözlənilməz nəticələrə, böyük sosial partlayışa gətirib çıxara bilər. Məsələ ilə bağlı Ermənistanın Milli yığıncağı iyunun 12-nə dinləmə təyin edib.

“Aykakan Jamanak” qəzeti yazır ki, dinləmə mətbuat üçün tamamilə bağlı şəraitdə olacaq. Addımbaşı tənqid olunan enerji şirkətlərinin rəhbərliklərinin səs-küylü bəyanatla çıxış edəcəkləri gözlənilir.

Məsələ burasındadır ki, şirkət rəhbərləri arasında böyük qalmaqal yaşanır. Yuxarıdan gələn tapşırıqla Ermənistan enerji şəbəkəsi 11 bahalı maşın almışdı. Bu maşınlar məhz prezident aparatı üçün idi.

Yerli ekspertlər və iqtisadçılar hesab edirlər ki, avqustda elektrik enerjisinin qiyməti 20 faiz artacaq. Ən ucuz elektrik enerjisi istehsal edən Ermənistan AES təmir-bərpa işlərilə əlaqədar fəaliyyətini yarım illik dayandırıb.

Hesablamalara görə, AES-in bərpası üçün götürülən kreditin qaytarılmasına 135 il lazım olacaq.

Bu arada erməni mətbuatında Ermənistanın xarici və daxili borcunun məbləğinin təhlükəli həddə olması müzakirələrə yol açıb.

Rəsmi rəqəmlərə görə may ayının əvvəlinə ölkənin 4 mlrd. dollar dövlət borcu var.


Müəllif: