Əfqanıstan ordusu ölkənin müxtəlif yerlərində “Taliban” terror qruplaşmasına qarşı hücumlar təşkil edib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla bağlı əfqanıstan Daxili İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, hücumlar əsasən Helmand, Kandahar, Host, Paktiya, Paktika, Uruzgan, Cevizcan, Badahşan, və Tahar şəhərlərində həyata keçirilib.
Döyüşlər zamanı 96 “Taliban”çı öldürülüb, 61 terrorçu isə yaralanıb.
Samir