Türkiyədə keçirilən parlament seçkilərində səsvermənin nəticələri açıqlanıb.
Seçki qutularının 85 faizi açılıb.
Son nəticələrə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) 42,6, CHP 24,9, MHP 16,9, XDP isə 11,3 faiz səs alıb.
Bu isə o deməkdir ki, Ərdoğan parlament seçkilərində istədiyi nəticəni ala bilməyib. İlk dəfə olaraq Ərdoğanın partiyası əvvəlki seçkilərə nisbətən az toplayıb.
Qeyd edək ki, 2011-ci ildə Türkiyədə keçirilmiş parlament seçkilərində AKP seçicilərin 46,66 faiz, CHP 20,85 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) isə 14,29 faiz səsini toplamışdı.