8 İyun 2015 12:52
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyada Mers virusundan həyatını itirənlərin sayı 6-ya çatıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, ölkə rəsmiləri təkcə ötən gün ərzində infeksiyaya yoluxan daha 23 nəfərin aşkar edildiyini bildiriblər. Bununla da virusdan əziyyət çəkənlərin ümumi sayı 87 nəfərə çatıb. Hal-hazırda ölkədə 2300 nəfər karantinə alınıb, 1900 məktəb bağlanılıb.

Qeyd edək ki, Mers infeksiyası qızdırma, nəfəsalma çətinliyi, pnevmoniya və böyrək çatışmazlığı ilə nəticələnir. Virus ilk dəfə 3 il bundan əvvəl Səudiyyə Ərəbistanda aşkar edilib.

Samir


Müəllif:

Oxşar xəbərlər