10 İyun 2015 08:06
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Planetoloqlar Mars Reconnaissance Orbiter (MRO) apparatının Compact Reconnaissance Imaging Spectrometer for Mars (CRISM) spektrometri ilə Marsın qədim kraterlərində şüşə aşkar ediblər. Bu barədə Trend Lenta.ru saytına istinadə xəbər verir.

Alimlər şüşəni bir neçə qədim kraterdə tapıblar, xüsusi ilə də Xarqreyvs kraterində. 68 kilometr diametri olan krater Nili ərazisində yerləşir. Bu ərazidə hidrotermal çatlar çox olduğundan, belə bir qərara gəlmək olar ki, qədimdə orada nəm şərait və yaxud həyat olub.

Qeyd edək ki, şəkildə şüşə yaşıl rənglə işarə olunub.


Müəllif: