Rusiyanın Kamçatka bölgəsində zəlzələ baş verib.
Kamçatka sahillərində meydana gələn zəlzələ Rixter şkalası ilə 4.8 bal gücündə olub. Bu barədə ABŞ Geoloji Tədqiqat mərkəzi (USGS) xəbər yayıb.
Zəlzələnin episentri episentri Petropavlovsk-Kamçatkadan 153 km şimal-şərqdə, ocağı isə yerin 58.1 km dərinliyində yerləşib.
"Kamçatkadakı qəsəbələrin bir çoxunda zəlzələ hiss olunmayıb, xəsarət alan, dağıntı və sunami ilə bağlı təhlükə yoxdur", - deyə Rusiya FHN-i vurğulayıb.