2013-cü ildə Bostondakı partlayışlara görə andlılar tərəfindən günahlar sayılan Cohar Tsarnayev ABŞ məhkəməsində yekun qərarın elan edilməsindən öncə son söz deyib.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, 21 yaşlı Cohar Tsarnayev deyib: “Mən aldığım həyatlara, səbəb olduğum iztirablara, vurduğum ziyana, düzəlməz ziyana görə üzr istəyirəm” – deyib Tsarnayev.
May ayında andlılar yekdilliklə belə bir qərar qəbul eləmişdilər ki, Tsarnayev edam olunsun. Ancaq Bostondan olan hüquq professoru Robert Blum hesab edir ki, gəncin edam edilməsi ehtimalı minimaldır, çünki hökmdən apelyasiya illərlə çəkə bilər.
Xatırladaq ki, Boston partlayışı zamanı 3 nəfər ölüb, 264 nəfər yaralanıb.