Tunisin Sus şəhərindəki Əl-Kantaui kurortunda, “İmperial” hotelinin yaxınlığındakı çimərlikdə baş verən atışma 30 insanın həyatına son qoyub.
Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilirdi.
Hadisə nəticəsində 20 nəfər yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hücum edən şəxs məhv edilib.
Hazırda ölənlərin kimliyi hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.