İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Suriyanın sərhəd şəhəri olan Kobaniyə hücum zamanı 120 nəfərdən çox insanı qətlə yetirib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bununla bağlı məlumat Suriya İnsan Haqlarının Müşahidəsi təşkilatından bildirilib. Qeyd edilib ki, terrorçular gördüyü hər şeyə atəş açıb. Ölənlərdən əksəiryyətinin qadın və uşaq olduğu açıqlanıb.
Bundan əlavə BMT-dən verilən məlumata görə, İŞİD-in ölkənin şimal-şərqində yerləşən Hassake şəhərinə hücumu nəticəsində 60000 insan didərgin düşüb.
Samir