29 İyun 2015 14:37
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ailə daxilində yaranan mübahisə sonda qan tökülməsi ilə nəticələnib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı U.T tüfənglə atasını güllələyib.

Polisin məlumatına görə, təxminən 4 il əvvəl anasıdan ayrılaraq başqa qadınla ailə quran M.T. danışmaq üçün keçmiş ailəsinin evinə gəlib. Sözləri düz gəlməyən valideylər mübahisə edib. Nəticədə evdə olan 22 yaşlı oğul ov tüfəngi ilə atasına 6-7 dəfə atəş açıb.

Oğlunun atəş açacağını görən M.T qaçmağa çalışsa da, bacarmayıb. O, ayağından və belindən xəsarət alaraq yerə yıxılıb. Atasını yaralayan U.T. qaçaraq hadisə yerindən uzaqlaşıb.

Silah səslərini eşidən qonşularının çağırışından sonra hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadası gəlib. İlkin müdaxilədən sonra xəstəxanaya aparılan yaralı M.T.əməliyyat olunub.

Polis cinayət yerindən qaçan U.T.-ni həbs edib. Artıq hadisə ilə bağlı araşdırma başlayıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər