Tunisdə törədilən terror aktının təşkilində şübhəli bilinən şəxslərin həbs olunduğu bildirilir. Bu barədə iyunun 29-da daxili işlər naziri Najem Gharsalli məlumat verib.
Amma o əlavə detallar barədə açıqlama verməyib. Təkcə onu bildirib ki, istintaqın ilkin versiyasına görə, onlar qonşu Liviyadakı terror düşərgələrində təlim keçiblər.
Hələlik həbs olunanların sayı açıqlanmır. İyunun 26-da Tunisin paytaxtında törədilən terror aktında 38 adam ölüb.
Terror aktına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb. Britaniya hakimiyyətinin məlumatına görə, ölənlərin azı 18-i britaniyalı turistlərdir. Həmçinin ölənlərin arasında Almaniya, Portuqaliya, İrlandiya və Belçikadan olan turistlər var.