2 İyul 2015 13:20
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanından olan iş adamı Şahzadə Əl Velidbin Talal 32 milyard dollarlıq sərvətinin hamısını xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, 60 yaşlı Şahzadə dünyanın ən zəngin insanlarından biridir.

Onun bu qərarı 1997-ci ildə Bill Qeytsin quruduğu "Qeyts Vəqf"indən ilham alaraq verdiyi deyilir.

Bill Qeyts Şahzadənin qərarını tərifləyib və bunun "Xeyriyyə layihələrində çalışan hər kəs üçün bir ilham mənbəyi olduğunu" deyib.

Şahzadə zənginlər siyahısında 34-cü yerdə qərarlaşıb.

Bin Talalın daha əvvəl də ümumilikdə 3.5 milyard dollar vəsaiti bağışladığı bildirilib. Xeyriyyə işləri "Alwaleed Philanthropies" tərəfindən həyata keçiriləcək.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər