CAR hökuməti İran İslam Respublikasına ölkəsinin bankalarında dondurulmuş 13 ton qızılı qaytarıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Bankının baş direktoru Valilolla Seyf məlumat verib. O bildirib ki, 13 ton qızıl iki il əvvəl İrana qarşı tətbiq edilən sanksiyalar səbəbindən saxlanılıb.
Seyf bunun İranla CAR arasında danışıqların nəticəsində baş tutduğunu və qızılların sahiblərinə çatdırıldığını qeyd edib.
Samir