Suriya ordusu Palmira şəhərinin azad edilməsi uğrunda hücuma keçib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinin nəzarətində olan şəhərin ətrafında gərgin döyüşlərin getdiyi bildirilib.
İlk məlumatlara görə, döyüşlərdə 10 terrorçu öldürülüb, 3-ü isə yaralanıb. Rəsmilər hücumların quru və havadan həyata keçirildiyini açıqlayıblar.
Qeyd edək ki, 2 min illik tarixə malik olan Palmira şəhəri bu ilin mayında ələ keçirilib.
Samir