Yunanıstanın İstanbul Baş Konsulluğunda qeyri-qanuni viza verilmə və korrupsiya halları aşkar edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Afinadan göndərilən müfəttişlərlə İstanbuldakı Baş Konsulluqda aparılan yoxlamalar nəticəsində 2011-2014 illər arasında qanunsuz olaraq yüzlərlə vizanın verildiyi aşkar edilib, bəzi vəzifəlilərin isə korrupsiya və cinayət hallarını özündə ehtiva edən fəaliyyətlərə qarışdığı aydınlaşıb.
Yoxlamalara Yunanıstanın korrupsiya ilə mübarizə idarəsinin rəisi Panayotis Nikoludis başçılıq edib. O, bu faktların sübuta yetiriləcəyi təqdirdə bəzi konsulluq işçilərinin məhkəmə qarşısına çıxacağını bildirib.
Qeyd edək ki, İstanbuldakı Yunan Baş Konsulluğu sistemdə yaranmış nasazlıq səbəbindən bir müddətlik viza vermək fəaliyyətini yerinə yetirməyib.
Samir