Filippinin cənubunda 1300-dən çox məktəbli konfetdən zəhərlənib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, zəhərlənənlər arasında ibtidai sinif şagirdləri üstünlük təşkil edir.
Baş vermiş hadisəyə görə, 12 nəfər həbs edilib. Xəstəxanaya yerləşdirilənlər arasında müəllimlər də var.