Ramazan ayının son bir həftəsi üçün elan edilən atəşkəs müddəti dolan kimi Yəməndə qarşıdurmalar davam etməyə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Yəmən dövlət başçısı Mənsur Hadi tərəfdarları Aden şəhər mərkəzində husilərin əlindəki son məhəllə olan Tavahiyi də ələ keçiriblər. Ölənlərin sayı 100-ə çatıb.
Səudiyyə Ərəbistanı rəhbərlikliyindəki beynəlxalq koalisiyanın paytaxt Sanada etdiyi bombardmanda isə 9 adam ölüb.
Samir