İstanbulda xidmət edən polis əməkdaşı Vedat Qaya Diyarbəkir-Bingöl avtomobil yolunda PKK-lı terrorçular tərəfindən girov götürülüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, qaçırılan polis əməkdaşının həyat yoldaşı və uşağı isə sərbəst buraxılıb. Digər tərəfdən, axşam saatlarında Ərzurumda 1 təcili tibbi yardım maşını və 3 səhiyyə işçisi də qaçırılıb.
Terrorçuların əməli bununla bitməyib. Onlar gecə saatlarında Diyarbəkirin Bismil Rayonu Polis İdarəsi binasına bombalı hücum təşkil edib. Hücum zamanı 7 Çevik Polis əməkdaşı da yaralanıb.
Təhlükəsizlik qüvvələri bölgədə əməliyyata başlayıb.
Rüstəm